BAKI, 14 oktyabr. TELEQRAF
“Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı ritorikası parlament seçkilərindən sonra dəyişəcək”.
Teleqraf xəbər verir ki, bunu erməni politoloq Alen Qevondyan deyib.
Qevondyan Paşinyanın Zəngəzur dəhlizi ifadəsinə qarşı əsəbi reaksiyasını seçkilərə hazırlıqla əlaqələndirib.
“2026-cı il seçkilərindən sonra onun ritorikası kəskin şəkildə dəyişəcək. O bəyan edəcək ki, kimin idarə etməsinin heç bir fərqi yoxdur, əsas odur, ticarət inkişaf etsin”, - o əlavə edib.
Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkilərin gələn il iyunda keçiriləcək.