AZ

Trampın diplomatik nailiyyətlərinin ən parlaq nümunəsi



"Misirdə baş tutan Sülh Sammiti Trampın diplomatik nailiyyətlərinin ən parlaq nümunəsidir".

Newscenter.az xəbər verir ki, bunu Ədalət Partiyasının sədri Mütəllim Rəhimli deyib. O bildirib ki, 2025-ci ilin oktyabrına qədər Qəzzada 66 minə yaxın insan öldürülüb, girovlar dramı davam edib və region sabitlikdən uzaq olub:

"Trampın 20 bəndlik planına daxil olan girovların buraxılması, atəşkəs, yardım göstərilməsi və demilitarizasiya kimi məsələlər ilk mərhələdə HƏMAS və İsrail tərəfindən qəbul edilib. Üçüncü və dördüncü mərhələlərin başlaması isə yenidənqurma və təhlükəsizlik mərhələsini nəzərdə tutur. Bu da Qəzzanı təhlükəsiz yerə çevirmək məqsədi daşıyır. Misir Prezidenti əs-Sisi planı "region üçün son fürsət" kimi qiymətləndirərək, onun uğurunu vurğulayıb".

Süleyman
Seçilən
3
1
newscenter.az

2Mənbələr