Prezident Andri Radzuelinanın impiçmentindən sonra ölkədə bütün dövlət institutları buraxılıb...
Poliqon xəbər verir ki, Madaqaskar ordusunun bir fraksiyası ölkənin tam nəzarətini ələ keçirdiyini açıqlayıb.
“Biz hakimiyyəti öz əlimizə aldıq, respublikanın bütün institutları ləğv edilib”, deyə hərbiçilərin təmsilçisi polkovnik Maykl Randrianirina bildirib.
Reuters Agentliyinin məlumatına görə, Madaqaskar Ali Konstitusiya Məhkəməsi çevrilişi həyata keçirənlərin liderini prezident vəzifəsinə təyin etməyi təklif edib.
Bildirilib ki, əvvəlcə prezident Radzuelina impiçment səsverməsinin qarşısını almaq üçün parlamenti buraxmışdı, lakin bu addım nəticəsiz qalıb.
Poliqon.info