ain.az bildirir, Qafqazinfo portalına istinadən.
“Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminə (ƏS) texniki dəstəyi rəsmi olaraq dayandırıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yerləşdirilib.
Bildirilib ki, 14 oktyabr 2025-ci ildən etibarən sistem üçün texniki yardım, komponent və təhlükəsizlik yeniləmələri artıq təqdim olunmayacaq. “Microsoft” bu qərarı hələ 2021-ci ilin iyununda – “Windows 11”in buraxılışından əvvəl elan etmişdi.
Xatırladaq ki, “Windows 10” ilk dəfə 2015-ci ildə istifadəyə verilib. Şirkət istifadəçilərə “Windows 11”ə keçməyi tövsiyə edib. Buna səbəb isə köhnə sistemdən dəstəksiz istifadənin təhlükəsizlik riski yaratmasıdır. Bununla belə, “Microsoft” qeyd edib ki, Windows 10 istifadəçiləri ən azı bir il ərzində yeniləmələr ala biləcəklər.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.