AZ

Rusiyadan Trampa sərt xəbərdarlıq: Eskalasiyaya səbəb olacaq

BAKI, 14 oktyabr. TELEQRAF

“ABŞ-nin Ukraynaya “Tomahawk” raketləri verməsi döyüş meydanındakı vəziyyəti dəyişməyəcək, amma üçqat zərər vura bilər — həm ABŞ-Rusiya münasibətlərinə, həm Ukrayna münaqişəsinin həll perspektivlərinə, həm də qlobal təhlükəsizliyə”.

Teleqraf xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.

“ABŞ Ukraynaya 50-dək “Tomahawk” raketi verə bilər. Amma bu, döyüş meydanında Ukrayna üçün vəziyyət dəyişməyəcək, əksinə, ümumi zərər böyük ola bilər və bu zərər üçqatdır: Ukrayna böhranının həll perspektivləri, Vaşinqtonla Moskva arasındakı münasibətlər və qlobal təhlükəsizlik üçün. Çünki bu təchizat münaqişədə eskalasiyaya səbəb olacaq”, - siyasətçi qeyd edib.

Senator əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp indi ya öz hədəsini həyata keçirib sülh işinə zərər verə, ya da rasional qərar verə bilər.

Seçilən
98
2
teleqraf.com

3Mənbələr