Naxçıvan şəhərində fəaliyyət göstərən sahibkarlarla vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlərlə bağlı görüş keçirilib.
Tədbirdə POS-terminalların və nəzarət-kassa aparatlarının tətbiqi, onların vergi intizamının gücləndirilməsində və “kölgə” iqtisadiyyatının azaldılmasında rolu, inteqrasiya mexanizmləri və sahibkarlar üçün yaradılan texniki dəstək imkanları barədə ətraflı məlumatlar verilib. Bildirilib ki, POS-terminalların və nəzarət-kassa aparatlarının (NKA) tətbiqi sahibkarlıq fəaliyyətində şəffaflığın təmin olunması, vergi intizamının gücləndirilməsi və müştəri məmnuniyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu tələblər dövriyyələrin şəffaf uçotunun aparılmasına, istehlakçıların hüquqlarının qorunmasına və vergi inzibatçılığının təkmilləşdirilməsinə xidmət edir.
Görüşdə əmək bazarında münasibətlərin qanunvericilik çərçivəsində qurulması və işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin bağlanılması zəruriliyinə də toxunulub. Qeyd olunub ki, bu, həm işçilərin sosial təminatının gücləndirilməsinə, həm də müəssisələrin fəaliyyətində şəffaflığının təmin olunmasına xidmət edir.
Sonda sahibkarlar təklifləri dinlənilib və rəqəmsallaşmanın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.