AZ

Qəzza zolağının yenidən qurulması üçün 70 milyard dollar lazımdır

BMT Qəzzanın yenidən qurulmasının dəyərini 70 milyard dollar qiymətləndirir.

Ucnoqta.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Fələstin Xalqına Yardım Administratorunun xüsusi nümayəndəsi Jako Cilliers deyib.

"BMT, Avropa İttifaqı və Dünya Bankının birgə apardığı zərər və ehtiyacların sürətli qiymətləndirilməsinə əsasən, Qəzzanın yenidən qurulması təxminən 70 milyard dollar tələb edəcək", - o, Cenevrədəki brifinqdə deyib.

Cilliers Fələstin anklavında yenidənqurma işlərinin tamamlanma müddətini təxmin etməkdən imtina edib.

Onun sözlərinə görə, yuxarıda adı çəkilən təşkilatların vəzifəsi dağıntıların miqyasını müəyyən etməklə yanaşı, “əvvəlcə hansı ərazilərin yenidən qurulmasına üstünlük vermək və səyləri hara yönəltməkdir”.

"Çox güman ki, bütün ərazilər yenidən qurulmayacaq", - o əlavə edib.

Seçilən
52
ucnoqta.az

1Mənbələr