20 ildən artıqdır Ukraynada yaşayan iş adamı Aleksandr Muntyanu Moldova Respublikasının baş naziri postuna namizəd ola bilər.
HİT.az xəbər verir ki, bu barədə “Ziarul de Garda” qəzeti siyasi dairələrdəki bir neçə mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, onun namizədliyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) çərşənbə axşamı, oktyabrın 14-də keçiriləcək qurultayında müzakirə olunacaq.
Qeyd olunur ki, Muntyanunun 61 yaşı var. İndiyə qədər o, çox nadir hallarda ictimaiyyət qarşısına çıxıb.
Açıq məlumatlara görə, 2018-ci ildə Muntyanu Ukrayna bazarında fəaliyyət göstərən Amerika və beynəlxalq şirkətlərin maraqlarını təmsil edən təşkilat olan Ukraynadakı Amerika Ticarət Palatasına daxili seçkilərdə iştirak edib.
Bununla bağlı Ukraynadakı Amerika Ticarət Palatası Muntyanunun tərcümeyi-halını dərc edib. Həmin vaxt o, özünü 20 ildir Ukraynada yaşayan Moldova əsilli amerikalı kimi təqdim edib.
Muntyanu həm də Ukrayna, Belarus və Moldova Respublikasında investisiyaların idarə edilməsində ixtisaslaşan "4i Capital Partners" özəl investisiya şirkətinin təsisçisidir.
Digər məsələlərlə yanaşı, Muntyanu Vaşinqtonda Dünya Bankında işlədiyini, qısa bir fasilə ilə Moldovanın hazırkı prezidenti Maya Sandu da 10 ilə yaxın işlədiyini söyləyib.
Samir