AZ

Tramp indi də onları hədəf aldı: Saçımı məhv etdilər

ABŞ prezidenti Donald Tramp “Time” jurnalının üz qabığında istifadə olunan fotosunu bəyənməyib.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" hesabında paylaşım edib.

ABŞ lideri “Time” jurnalının onun haqqında yaxşı hekayə yazdığını, lakin istifadə etdikləri fotonun indiyə qədərki ən pis fotosu olduğunu bildirib.

Jurnalın onun saçını məhv etdiyini və seyrək göründüyünü deyən Tramp, fotoda başının üstündə üzən tac kimi bir şeyin göründüyünü yazıb. O, bu fotonu “çox qəribə” adlandırıb.

Seçilən
37
publika.az

1Mənbələr