AZ

Ərdoğan: Tramp Qəzzada atəşkəsin baş nəzarətçisi olacaq

Ərdoğan: Tramp Qəzzada atəşkəsin baş nəzarətçisi olacaq

Qəzzada atəşkəsin əsas monitorinqi ABŞ prezidenti Donald Tramp tərəfindən aparılacaq.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ümid edirik ki, Qəzzada döyüşlər hələlik dayanıb. Cənab Trampın bu məsələ ilə bağlı açıqlaması son dərəcə vacibdir. Tramp bu məsələ ilə bağlı baş nəzarətçi olacaq. Bu barədə görüşlərimiz zamanı özü də bildirib. Ayaqüstü söhbətlərimiz zamanı isə telefon əlaqələrini qorumağı və telefon diplomatiyasını əldən verməməyi təklif etdi. Biz bütün səviyyələrdə danışıqlarımızı davam etdirəcəyik. Cənab Tramp ilə qurduğumuz bu diplomatiya son dərəcə əhəmiyyətlidir. Onu davam etdirməyi planlaşdırırıq və sülh atmosferinin təmin olunması üçün lazım olan hər şeyi edəcəyik. Misirdə toplaşan bütün ölkələr bu sülh atmosferinin təminatçıları olacaq”, — deyə Ərdoğan Misirdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında vurğulayıb.

Seçilən
0
afn.az

1Mənbələr