AZ

Kreml ABŞ ın Ukrayna münaqişəsini həll etmək səylərini alqışlayır

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Rusiya ABŞ prezidenti Donald Trampın Qəzza sülh sazişinin imzalanmasından sonra diqqəti Ukraynadakı münaqişənin həllinə yönəltmək istəyini alqışlayır”.

525.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Biz, şübhəsiz ki, bu cür niyyətləri, nünaqişənin sülh yolu ilə həlli üçün siyasi iradənin davamlı şəkildə təsdiqlənməsini alqışlayırıq", - Peskov deyib. 

O, Rusiyanın dinc dialoqa açıq olduğunu da vurğulayıb:

“Moskva ümid edir ki, Vaşinqton Kiyevi sülhə nail olmaq üçün aktiv addımlar atmağa təşviq etməkdə uğur qazanacaq. İnanırıq ki, ABŞ-ın təsiri və prezident Trampın nümayəndələrinin diplomatik bacarıqları Ukrayna tərəfini sülh prosesinə daha fəal və daha hazırlıqlı olmağa təşviq edəcək”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
525.az

1Mənbələr