AZ

 Ərdoğan  İsraili HƏDƏLƏDİ: “Cəzaları ağır olacaq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsrailin soyqırımı təkrarlaması halında cəzanın ağır olacağı barədə xəbərdarlıq edib. Ərdoğan, Misirda keçirilən Sülh Zirvəsi sonrası jurnalistlərlə görüşündə, atəşkəsin qorunmasının vacib olduğunu və İsrailin əvvəlki dövrlərdə çoxsaylı atəşkəs pozuntularına yol verdiyini bildirib.

Vətəninfo.az xəbər verir ki,  Ərdoğan, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə imzalanan sülh razılaşmasını Fələstin məsələsini tam həll etməyəcək bir addım olaraq qiymətləndirib. Ərdoğan, yalnız atəşkəsin təmin edildiyini, Fələstinin müstəqil dövlət kimi qurulmasının isə Türkiyənin əsas məqsədi olduğunu vurğulayıb. “Bizim məqsədimiz Fələstinin müstəqil bir dövlət olaraq qurulmasıdır və buna qətiyyətlə çalışacağıq,” -deyə Ərdoğan  bildirib.

Seçilən
0
veteninfo.az

1Mənbələr