AZ

Bakının «Sədərək» ticarət mərkəzində insident olub

Bakının «Sədərək» ticarət mərkəzində reklam lövhələrinin sökülməsi insidentə səbəb olub.

Mərkəzin təhlükəsizlik xidməti Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək ərazidən çıxarıb.

DİN-in məlumatına görə, hadisə ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsi araşdırma aparır, müvafiq ekspertizalar təyin edilib.

Agentlik bildirib ki, söküntü işləri ölkə üzrə reklam daşıyıcılarının qanunvericiliyə, texniki və estetik tələblərə uyğunlaşdırılması çərçivəsində aparılır və sahibkarlıq fəaliyyətinə müdaxilə kimi qiymətləndirilə bilməz.

N.Təbrizli

Seçilən
17
anews.az

1Mənbələr