AZ

Sən çox gözəlsən Trampdan Meloniyə tərif (VİDEO)

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Misirdə keçirilən Qəzza sammitində ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyev də daxil olmaqla bir çox dünya lideri iştirak edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  Qəzza zirvəsində çıxış edən ABŞ prezidenti Tramp arxasında dayanan İtaliyanın baş naziri Giorgia Meloniyə təriflər yağdırıb.

Tramp Meloninin gözəl olduğunu ifadə edərək:

"ABŞ-də bir qadına gözəl deyirsənsə, bu, sənin siyasi karyeranın sonu olacaq. Amma risk edəcəyəm. Gözəl olduğunu deməyimə qarşı deyilsən, elə deyilmi? Çünki gözəlsən", - deyib. 

Xanım siyasətçi isə Amerika liderinin bu tərifinə gülümsəyərək reaksiya verib. 

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
3
unikal.az

4Mənbələr