AZ

Tramp “Time” jurnalından sitəm edibi: Mənim ən pis şəkilimi seçiblər...

ABŞ prezidenti redaksiyanı uğursuz foto və “təxribatçı montaj”da ittiham edib...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “Time” jurnalının onunla bağlı hazırladığı son nömrəyə kəskin reaksiya verib. Trampın sözlərinə görə, jurnal nəşr etdiyi məqalədə onun fəaliyyətini nisbətən müsbət dəyərləndirsə də, üz qabığında seçilən fotoşəkil “bütün zamanların ən pis” təsviri olub.

“Jurnal Time mənim haqqımda olduqca yaxşı bir məqalə yazıb, amma fotoşəkil bəlkə də gördüyüm ən pisidir. Onlar sanki saçlarımı ‘siliblər’, sonra başıma çox kiçik bir tac kimi nəsə yerləşdiriblər. Çox qəribədir! Mən aşağı rakursdan çəkilən fotolardan heç vaxt xoşlanmamışam, amma bu şəkil sadəcə dəhşətlidir və buna etiraz edilməlidir. Onlar nə edirlər və niyə?”, deyə Tramp “Truth Social” platformasında paylaşım edərək yazıb.

Tramp qeyd edib ki, bu cür fotoların məqsədi ictimai rəyə təsir göstərmək və onun imicini zədələmək ola bilər. Prezident əlavə edib ki, mediada vizual təqdimatın siyasi məqsədlərlə manipulyasiya edilməsinə qarşı çıxmaq lazımdır.

“Time” jurnalı hələlik Trampın açıqlamasına rəsmi cavab verməyib. Qeyd edək ki, Tramp daha əvvəl də müxtəlif media qurumlarını onun fotolarını “dəyişdirməkdə” və “təhqiramiz kontekstdə təqdim etməkdə” ittiham etmişdi.

Ekspertlərin fikrincə, bu insident Trampın media ilə gərgin münasibətlərinin davam etdiyini və onun ictimai imicinə nəzarət mövzusunda həssaslığını bir daha göstərir.

Mənbə: Poliqon.info

Seçilən
10
poliqon.info

1Mənbələr