BAKI, 14 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp “Time” jurnalını sərt tənqid edib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yayıb.
“Time” jurnalı mənim haqqımda kifayət qədər yaxşı məqalə dərc edib, amma seçilən şəkil, yəqin ki, hamısından ən dəhşətlisidir. Onlar mənim saçımı “siliblər”, sonra isə başıma balaca, havada asılı kimi görünən bir “tac” əlavə ediblər. Çox qəribədir! Mən heç vaxt aşağı bucaqdan çəkilən fotoları sevməmişəm, amma bu şəkil sadəcə dəhşətdir və onu sərt şəkildə tənqid etmək lazımdır. Onlar nə edirlər, niyə belə edirlər?”, – Tramp vurğulayıb.
Jurnal ABŞ Prezidentinin fotosunu üz qabığında dərc edib.