
“Əgər Rusiya NATO ölkəsinə hücum etmək qərarına gəlsə, onun Kalininqrad və Sevastopoldakı hərbi obyektləri bir neçə saat ərzində məhv ediləcək”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Ordusunun Avropadakı keçmiş komandanı general Ben Hodges deyib.
O bildirib ki, Rusiya ilə NATO arasında toqquşma Ukraynadakı müharibəyə bənzəməyəcək.
"Əgər Rusiya 2025-ci ildə Ukraynaya hücum etdiyi kimi Polşaya da hücum etsəydi, o, NATO-nun hava qüvvələri və Alyansın quru qüvvələri tərəfindən məhv ediləcəkdi”, - deyə general vurğulayıb.
Hodges qeyd edib ki, əgər NATO ölkələri daha yaxşı hazırlaşsaydılar və genişmiqyaslı işğala başlayandan dərhal sonra Rusiyanı Ukraynaya öz suverenliyini bərpa etmək üçün lazım olan hər şeyi verəcəkləri barədə açıq şəkildə xəbərdar etsəydilər, hər şey fərqli olardı və Ukrayna özünü başqa mövqedə tapardı.
Daşqın HəsənovMissiya.Az