AZ

Rusiyanın Paşinyanın yerinə namizədi açıqlandı - FOTO

BAKI, 14 oktyabr. TELEQRAF

İrəvanda həbsdə olan erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın təsis etdiyi “Bizim Yol” Hərəkatının baş nazirliyə namizədi Ermənistanın keçmiş baş naziri Karen Karapetyandır.

Teleqraf xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazıb ki, Nikol Paşinyan hökuməti “Bizim Yol”u sıradan çıxarmaq üçün bütün imkanlarını səfərbər edib.

“Hakim “Vətəndaş Müqaviləsi” Partiyası və onun təbliğatçıları hərəkatın bütün hərəkətlərini 24/7 izləyir, fəal şəkildə şərh və tənqid edir.

Əldə etdiyimiz məlumata görə, hakim partiyanın yuxarı eşelonu keçmiş baş nazir Karen Karapetyanın baş nazirliyə namizəd kimi “Bizim Yol”un siyahısına başçılıq edəcəyi barədə informasiya əldə etdikdən sonra onun barəsində cinayət işinin başlanması məsələsini müzakirə edirlər:

“Bizim Yol”un koordinatoru Narek Karapetyan Karen Karapetyanın baş nazirliyə namizədliyinin onlar üçün məqbul olacağını və bunu hamının bəyənəcəyini bəyan edib.

Xatırladaq ki, Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırış ittihamı ilə həbs edilib. İş adamı Rusiyaya yaxınlığı ilə seçilir.

Seçilən
49
2
teleqraf.com

3Mənbələr