AZ

Bu gün Bakının bu ərazisində qaz olmayacaq - XƏBƏRDARLIQ


Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yeraltı qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması məqsədilə 14.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Bununla bağlı "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Nəsimi rayonu üzrə isə S.Əsgərova, C.Məmmədquluzadə, S.Rüstəm, R.Behbudov, Ş.Əzizbəyov, S.Rəhimov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mətləb

Seçilən
36
39
baki-xeber.com

10Mənbələr