AZ

"Tramp Azərbaycanda sülhə görə Nobel mükafatını almalı idi"

Nobel Sülh Mükafatı növbəti dəfə özünü gözdən saldı. 

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndəsi Paolo Zampolli sosial şəbəkədə yazıb. 

“Bəlkə də, Prezident Trampın diplomatiyası sayəsində münaqişələrə son qoyan dövlət başçılarının siyasəti deyil, nəticələri tanıyan Tramp Sülh Mükafatı təsis etməyin vaxtı çatıb. Taleyin ironiyası ondadır ki, Nobelin sərvəti Azərbaycan nefti üzərində qurulub, amma eyni zamanda Azərbaycanda sülhə nail olan insana məhəl qoymur”.

Bundan başqa, Misirdə Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh  Sammitində çıxış edən Pakistanın baş naziri Şahbaz Şərif  canlı efirdə ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.

O, Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməsini belə əsaslandırıb: “Tramp Hindistan və Pakistan arasındakı münaqişəyə, Qəzza zolağında İsrailin müharibəsinə son qoyduğuna görə Nobel mükafatına layiqdir”.

Şərif ikinci dəfədir ki, Trampı mükafata namizəd göstərir. İyun ayında o, ABŞ prezidentinin namizədliyini Hindistan-Pakistan münaqişəsinin deeskalasiyasında oynadığı rola görə irəli sürüb. 

Mürtəza

Seçilən
101
2
olke.az

3Mənbələr