AZ

“Ağbənd-Kəlalə” körpüsünün tikintisinin yekunlaşdırılması Azərbaycan, İran və Rusiya əlaqələrini möhkəmləndirəcək

Araz çayı üzərində “Ağbənd-Kəlalə” avtomobil yolu körpüsünün tikintisi, o cümlədən sərhəd-buraxılış məntəqələrinin inşası üzrə işlərin yekunlaşdırılması üçtərəfli əlaqələri möhkəmləndirəcək.

APA xəbər verir ki, bu, Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşə dair Kommünikedə əksini tapıb.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam şəkildə istifadə edilməsi üçün “Rəşt-Astara” dəmir yolu xəttinin inşasının, eləcə də dəhlizin komponentlərindən olan müvafiq dəmiryolu terminalı tikintisinin tamamlanmasının əhəmiyyəti qeyd olunub.

Görüş əsnasında Araz çayı üzərində “Ağbənd-Kəlalə” avtomobil yolu körpüsünün tikintisi, o cümlədən sərhəd-buraxılış məntəqələrinin inşası üzrə işlərin yekunlaşdırılmasının üçtərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyi qeyd edilib.

Seçilən
15
2
apa.az

10Mənbələr