AZ

Naftalanın Qasımbəyli kəndinin su problemi həll olunub

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və kənd sakinləri iştirak etmişlər. 

Tədbirdə çıxış edənlər bildirmişlər ki, Qasımbəyli kəndində əhalinin mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması üçün Naftalan şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə edilməklə kənddaxili şəbəkə sistemi inşa olunmuşdur. Bunun üçün 40-100 millimetr diametrli 8,7 kilometr su xətti çəkilməklə 140 abonentin su təchizatı yaxşılaşdırılmışdır. Əhaliyə verilən suyun qeydiyyatının aparılması və sudan qənaətlə istifadə edilməsi məqsədilə hər bir abonent su sayğacı ilə təchiz edilmişdir.           

Açılış mərasimində iştirak edən kənd sakinləri indiyədək su təminatı baxımından ciddi çətinliklərlə qarşılaşdıqlarını bildirmiş və bu sahədə problemlərin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Qeyd edək ki, hazırda Naftalan şəhərinin mövcud su təchizatı şəhər daxilində 3 su anbarı kompleksi, 2 nasos stansiyası, 43,6 kilometr su şəbəkəsi kompleksi istismar edilir.

S.YUNİSOĞLU,

"Azərbaycan"

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr