AZ

Rəsmi Tbilisi ABŞ-la strateji tərəfdaşlığa can atır

Yazını böyüt
Yazını kiçilt

"Rəsmi Tbilisi Vaşinqton ilə real mahiyyət daşıyan strateji tərəfdaşlığa can atır və bunun üçün birbaşa və mənalı dialoq lazımdır".

Hafta.az xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili söyləyib.

Diplomatın sözlərinə görə, məlum "MEGOBARI Aktı" Gürcüstanın maraqlarına qarşı yönəlib və Gürcüstan-Amerika münasibətləri üçün əsas ola bilməz:

"Tbilisi ABŞ-la birbaşa və mənalı dialoq tələb edən strateji tərəfdaşlığa can atır. Demokrat konqresmen Stiv Koen sentyabrda Helsinki Komissiyasının iclasında bəyan edib ki, Senat "MEGOBARI Aktı"nı qəbul etməyib və etməyəcək. O əlavə edib ki, bəzi problemlər var və ehtimal ki, bu, böyük biznes və limanla bağlıdır. Gürcüstan artıq ABŞ-la öz maraqlarını və gələcək əməkdaşlıq təkliflərini açıqlayıb. ABŞ-la münasibətlərin yenidən qurulması davam edir, lakin siyasi meydan boşdur. Biz Vaşinqtondan gələn siqnalları müzakirə edirik və Gürcüstanla münasibətlər üçün aydın çərçivənin yaradılmasını gözləyirik".

Seçilən
10
2
hafta.az

3Mənbələr