AZ

Ərdoğanın Netanyahu XƏBƏRDARLIĞI: Tramp Türkiyə liderinin tələbinə boyun əydi SƏBƏB

ain.az, Bakupost saytına istinadən bildirir.

Rusiyanın keçmiş baş naziri Yevgeniy Primakov 1999-cu ildə NATO-nun Yuqoslaviyanı bombalamağa başlaması xəbərini təyyarədə alır. O ABŞ-a səfərə gedirdi. Primakov Yuqoslaviyanın bombalanmasına etiraz olaraq təyyarəsini okeanın üstündən geri çevirərək Moskvaya qayıtmışdı. Oxşar hadisə bu gün (13 oktyabr - red.) baş verə bilərdi.

Bakupost.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin 2-ci cəhddə Misirə eniş etməsini şərh edərkən bildirib.

O, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Misirin Şarm əl-Şeyx şəhərində keçirilməsi planlaşdırılan Yaxın Şərq Sülh Sammitində İsrailin Baş naziri Benyamin Netanyahunun iştirak edəcəyi xəbərini aldıqda tədbirin təşkilatçılarına təyyarəsini geri döndərəcəyi xəbərdarlığını etdiyini diqqətə çatdırıb:

"Bundan sonra Benyamin Netanyahunun tədbirdə iştirak etməyəcəyi bildirilib. Ərdoğan Netanyahunu cinayətkar və qatil adlandırıb, onun beynəlxalq məhkəməyə verilməsinin vacibliyini bildirib, belə olan halda onunla bir tədbirdə iştirak Türkiyə Cumhurbaşqanı üçün qəbuledilməzdir. Ərdoğan öz demarşı ilə Avropa dövlətlərinin liderlərini də mürəkkəb vəziyyətdən çıxarıb. Çünki, Avropa liderləri də Netanyahunu tədbirdə görmək istəməzdilər.

Sadəcə sual olunur: Vaşinqton tədbirdə əvvəlcə Netanyahunun iştirak etməyəcəyini açıqlamışdı, məhz bundan sonra iştirakçı ölkələrin sayı artmışdı, qəfil nə dəyişdi ki, İsrailin baş nazirinin Misirə gedəcəyi xəbəri yayıldı? Görünür, ABŞ Prezidenti Donald Tramp dostu Benyamin Netanyahunu son anda Misirə dəvət etmək istəməklə onun beynəlxalq aləmdə statusunu leqallaşdırmaq istəyib. Alınmadı".

Politoloq əsas etibarilə Vaşinqtonun sülh planının ilk mərhələsinin uğurla başa çatdığını, atəşkəs rejiminə start verildiyini, humanitar yardımların Qəzzaya çatdırıldığını, eləcə də əsirlərin dəyişdirildiyini diqqətə çatdırıb:

"Ancaq bu, azdır. Növbədə münaqişə ocağının birdəfəlik yatırılması və bölgədə sülh quruculuğuna başlanılması prosesidir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
6
www.bakupost.az

8Mənbələr