AZ

Rusiyada böyük almaz tapıldı

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Rusiyanın Arxangelsk vilayətində Vladimir Qrib adına yataqda 340 karat (68 qram) ağırlığında bir almaz tapılıb.

Oxu.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə "AQD Diamonds" şirkəti məlumatı yayıb.

Qiymətli daşın ölçüləri 50×39.4×24.8 mm təşkil edir. Bu, yatağın sənaye istismarı tarixində tapılan ən böyük almaz olmaqla yanaşı, müasir Rusiyada hasil edilən ən böyük beş almazdan biridir.

Mütəxəssislər kristalı nadir almaz kateqoriyasına aid ediblər, onu müstəsna təmizlik və yüksək şəffaflıq xarakterizə edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
oxu.az

1Mənbələr