AZ

Sammitdən dərhal sonra Orbandan diqqətçəkən paylaşım

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəzza zolağında müharibəyə son qoymaq məqsədilə Misirdə keçirilən sammitdən sonra Macarıstanın baş naziri Viktor Orban Avropadakı vəziyyətlə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, o, bunu “Facebook” səhifəsində paylaşaraq Trampın Yaxın Şərqdəki səylərini tərifləyib.

Orban qeyd edib ki, ABŞ prezidenti Donald Trampın uğuru göstərir ki, danışıqlardan heç vaxt imtina etmək olmaz və sülh yalnız dialoq vasitəsilə mümkündür:

“Prezident Trampın uğuru sübut edir ki, danışıqlardan heç vaxt imtina etmək olmaz. Danışıqlar olmadan sülh də olmaz. Biz avropalıların prezident Trampdan nümunə götürmə vaxtıdır!”

Qeyd edək ki, Misirdə keçirilən sammitdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza zolağında atəşkəs sazişinə imza atıblar.

Tramp sövdələşməni son dərəcə çətin adlandırsa da, tərəflərin davamlı sülh əldə edə biləcəyinə ümid etdiyini bildirib.

Tahir Turan

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr