AZ

Zelenski ABŞ-yə dəvət olundu

BAKI, 14 oktyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdən ABŞ-yə səfər etmək üçün rəsmi dəvət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Vaşinqtondakı səfirliyi məlumat yayıb.

“Prezident Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini bu həftə danışıqlar üçün Vaşinqtona dəvət edib”, - məlumatda bildirilir.

Qarşıdan gələn görüş BMT Baş Assambleyasından sonra ilk görüş olacaq .

Bundan bir qədər əvvəl Zelenski oktyabrın 17-də Amerika lideri ilə Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, “Tomaqavk” raketlərinin tədarükü və bir sıra digər məsələləri müzakirə etmək üçün görüşməyi planlaşdırdığını bildirib.

Seçilən
15
2
teleqraf.com

3Mənbələr