Ordubad rayonunun bir neçə kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, "Azərenerji" ASC-nin təsdiq etdiyi Naxçıvan Muxtar Respublikasının "Elektroenergetika konsepsiyası" üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 110 kilovoltluq "Ordubad-2" hava elektrik verilişi xəttinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 35/10 kilovoltluq "Düylün" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Aza" hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.