AZ

Almaniyada şirkət iflasları kəskin artıb

ain.az bildirir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada şirkət iflas ərizələri sentyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə 10,4 faiz artıb.

Banco.az xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) sentyabr ayına dair müflisləşmə müraciətləri üzrə ilkin göstəriciləri və iyul ayına dair şirkət və fərdi müflisləşmələr üzrə yekun məlumatları açıqlayıb.

Məlumatlara görə, ölkədə sentyabr ayında müflisləşmə müraciətləri ötən ilin eyni ayı ilə müqayisədə 10,4 faiz artıb.

İyul ayına dair yekun göstəricilərə əsasən, müflis elan edilən müəssisələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz artaraq 2 min 197-yə yüksəlib.

İyul ayında ən çox müflisləşmə halları hər 10 min şirkətə 12,7 hadisə olmaqla nəqliyyat və anbarlama sektorunda qeydə alınıb. Bu sektoru hər 10 min şirkətə 9,9 hadisə olmaqla qonaqlama (otelçilik) sektoru və müvəqqəti məşğulluq büroları kimi digər iqtisadi xidmət sahələri izləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
banco.az

2Mənbələr