Qəzza zolağında müharibəyə son qoymaq üçün Misirdə keçirilən sammitdən sonra Macarıstanın baş naziri Viktor Orban Avropadakı vəziyyətlə bağlı açıqlama verib.
Busaat.az xəbər verir ki, o, bu barədə Feysbukda yazıb.
Bundan əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisi, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani, ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə Qəzza zolağı üçün atəşkəs sazişi imzalayıblar. Amerika lideri sazişi son dərəcə çətin adlandırıb, lakin tərəflərin davamlı sülh əldə etdiyinə ümid etdiyini bildirib.
Yeganə