Səhiyyə Nazirliyinin “Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya” publik hüquqi şəxsi tərəfindən veb saytın hazırlanması və sosial şəbəkələr üçün SMM xidmətlərinin satınalması ilə bağlı elan edilmiş prosedur ləğv olunub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 20.500,00 AZN təşkil edirdi.
Satınalmanın ləğv edilməsinə səbəb olaraq “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə istinad edilib. Həmin maddəyə əsasən, satınalmada iştirak etmək üçün tələb olunan sənədləri təqdim etmiş və müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğundan prosedurun keçirilməsi mümkün olmayıb.
Qeyd edək ki, satınalma paketinə veb saytın hazırlanması və sosial şəbəkələr üzrə SMM xidmətlərinin bir illik müddət ərzində göstərilməsi daxil idi. Ləğv qərarı satınalma komissiyası tərəfindən mövcud qanunvericiliyə uyğun şəkildə qəbul olunub.