ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Misirdə keçirilən sammit zamanı ABŞ Prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı yüksək qiymətləndirib və onun 2026-cı il parlament seçkilərində qalib gələcəyini proqnozlaşdırıb.
Globalinfo.az xəbər verir ki, Amerikalı liderin bu sözləri Ağ Evin “YouTube” kanalında yayımlanıb.
“Sən fantastiksən. Mən onu son seçkidə dəstəklədim və o, 28 xalla qalib gəldi. Əgər yeni seçkilər olsa, bu dəfə daha yaxşı işlər görəcəksən”, – Tramp Orbana müraciət edərək bildirib.
Xatırladaq ki, oktyabrın 7-də Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukraynanı 2026-cı il parlament seçkilərinə müdaxilə etməkdə ittiham etmişdi. O, bu vəziyyəti “təəccübsüz” adlandıraraq bildirmişdi ki, Kiyev Budapeştin milli hökuməti hakimiyyətdə qalarsa, ölkənin qərarlarının Ukraynanın maraqlarına uyğun olmayacağını anlayır.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.