AZ

Gürcüstanda aksiyalarla bağlı yeni qanun: Nə qədər həbs cəzası veriləcək?

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası mitinq və nümayişlərin keçirilməsi qaydalarının pozulmasına görə cəzaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihələri paketi hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə brifinqdə partiyanın parlament fraksiyasının rəhbəri İrakli Kirtsxaliya məlumat verib.

Onun sözlərinə görə, üzünü maska ​​ilə örtən, gözyaşardıcı qaz və ya zəhərli maddələr gəzdirən, yolları bağlayan və ya yolun hərəkət hissəsində maneələr quran mitinq iştirakçıları ilk hüquqpozmaya görə 15 sutkayadək müddətə inzibati həbslə cəzalandırılacaq. Qanunu pozanın mitinqin təşkilatçısı olduğu üzə çıxarsa, cəza 20 gün olacaq.

Bundan başqa, Daxili İşlər Nazirliyinin dayandırılmasına göstəriş verdiyi mitinqdə iştirak 60 sutkaya qədər inzibati həbslə cəzalandırılacaq. Mitinqə silah, atəşfəşanlıq və ya başqalarına zərər verə biləcək əşyalar gətirənləri 65 sutka həbs gözləyir. Təkrar pozuntu cinayət məsuliyyəti yaradacaq və bir ilə qədər həbslə nəticələnəcək.

Gürcüstan Cinayət Məcəlləsinə yeni maddənin də daxil edilməsi nəzərdə tutulur. Bu maddəyə əsasən, polisin əmrini yerinə yetirməyən və ya asayiş keşikçisini üç dəfə təhqir edən şəxs bir ilədək, təkrar cinayət törətdikdə isə iki ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Əliyar Xəlil

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
globalinfo.az

2Mənbələr