Azərbaycanda qızılın qiyməti gedərək daha da artır.
Hazırda 24 karatlıq təmiz qızılın bir qramının qiyməti təxminən 222 manatdır. 10 karatlıq qızılın qiyməti isə daha ucuzdur və bir qram üçün təxminən 91 manatdır.
Azərbaycanda qızılın qiymətinin artmasının əsas səbəbi odur ki, qızıl bütün dünyada bahalaşıb.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Video açılmırsa, YouTube kanalımızda baxın
Dünya iqtisadiyyatında qeyri-müəyyənlik olduğunda və ya gündəlik tələbat xərcləri durmadan artdıqda, insanlar pullarını qorumaq üçün qızıl almağa başlayırlar, bu isə onun qiymətini daha da artırır.
Azərbaycan qızılın böyük hissəsini digər ölkələrdən idxal etdiyi üçün yerli bazardakı qiymət də qlobal bazardakı qiymətlərdən asılıdır.
Azərbaycan manatının dollar qarşısında zəif olduğunu da nəzərə alsaq, o zaman ölkədə qızılın dəyəri daha da artmış olur.
Ona görə də, ölkədə zərgərlik məmulatları, o cümlədən qızıl sikkələrin qiyməti hər gün daha da dəyər qazanır.