Bakı. Trend:
Dünyada antibiotiklərin əksəriyyəti 2018-ci ildən bəri genişyayılmış bakterial infeksiyalara qarşı effektivliyini itirib.
Trend xəbər verirki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı hesabatdadeyilir.
Hesabata görə, hazırda hər altı bakterial infeksiyadan biristandart müalicə metodlarına qarşı dayanıqlıdır.
Bu antimikrob müqaviməti (AMR) kimi tanınır və bakteriyalar,eləcə də qan, bağırsaq, sidik yolları və cinsi yolla keçəninfeksiyalara (CYKİ) səbəb olan digər patogenlər, adiantibiotiklərə qarşı dayanıqlı olacaq səviyyəyə qədər təkamületdikdə meydana gəlir.
İnsanlar bu prosesi - məsələn, təyin edilmiş antibiotik kursunutamamlamaqdansa yarımçıq dayandırmaqla və ya həkimlərinantibiotikləri yanlış şəkildə təyin etməsi iləsürətləndirirlər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2023-cü ildə 104 ölkə üzrə23 milyondan çox yoluxma halı əsasında apardığı tədqiqatınnəticələrinə görə, 2018-ci ildən bəri təhlil edilənpatogen-antibiotik kombinasiyalarının təxminən 40 faizindəmüqavimət artıb.
Araşdırmaya əsasən, problem xüsusilə aşağı və orta gəlirliölkələrdə daha kəskindir, çünki bu ölkələrdə AMR-ə nəzarət,mikrobioloji diaqnostika imkanları və effektiv alternativ müalicəvasitələrinə çıxış məhdud olur.