AZ

Tramp 20 bəndlik atəşkəs planının ikinci mərhələsinin artıq başladığını bildirib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Vaşinqton, 13 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında müharibəyə son qoymaq üçün 20 bəndlik atəşkəs planının ikinci mərhələsinin artıq başladığını bildirib.

AZƏRTAC-ın məlumatına görə, bunu Donald Tramp Yaxın Şərq Sülh Sammiti öncəsi Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdə açıqlayıb. O deyib ki, müxtəlif mərhələlərin icrası bir qədər bir-birinə qarışıb. “Lakin bizim nöqteyi-nəzərimizdən o artıq başlayıb”, - deyə Tramp əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
4
azertag.az

5Mənbələr