AZ

“Birlik-2025” birgə təliminin koordinasiya toplantısı keçirilib

Özbəkistanın Səmərqənd vilayətində “Birlik-2025” birgə regional təliminin koordinasiya toplantısı keçirilib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, təlimə cəlb edilən Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından olan kontingentlərin rəhbər heyəti təlimin tapşırıqları ilə tanış olublar.

Regional təlimin başlanğıc mərhələsi üzrə fəaliyyətlər bölmələr tərəfindən icra edilib.

“Birlik-2025” regional təlimində Azərbaycanın komando və PUA heyətləri təlimin əsas mərhələsinin 20 taktiki epizodu üzrə 14 fəaliyyətin icrasında iştirak edəcəklər.

3132f58890dbe93495f46a55226636f6

 

Seçilən
21
13
poliqon.az

10Mənbələr