BAKI, 13 oktyabr. TELEQRAF
İran Qəzzada atəşkəs üzrə Misirdə keçirilən sammitdə iştirak etməməsinin səbəbini açıqlayıb.
Teleqraf xəbər verir ki, İranın xarici işlər naziri Abbas Araqçiyə görə, Tehran Şarm əl-Şeyx sammitinə dəvəti rədd edib.
“Biz İran xalqına hücum edən, təhdid və sanksiyaları davam etdirənlərlə əməkdaşlıq qura bilmərik,” - nazir qərarı belə izah edib.