AZ

Ahmet Çakardan Qalatasaray a sərt cavab: “Məhkəməyə verməsəniz namərdsiniz!”

ain.az bildirir, Fanat portalına istinadən.

Türkiyəli futbol şərhçisi Ahmet Çakar "Qalatasaray" rəhbərliyinin ona qarşı 75 milyon avroluq məhkəmə iddiası qaldıracağı barədə yayılan xəbərlərə çox sərt reaksiya verib.

Fanat.Az xəbər verir ki, Çakar açıqlamasında belə danışıb:

“75 milyon avro yox, 175 milyon avroluq təzminat davası açın. Əgər açmasanız, namərdsiniz!”

Xatırladaq ki, Ahmet Çakar bir müddət əvvəl “Osimhenin gizlədilən bir problemi var” sözləri ilə gündəmə gəlmişdi.

Bu ifadələrdən sonra "Qalatasaray" rəhbərliyinin hüquqi addım atmağa hazırlaşdığı iddia olunub.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
fanat.az

2Mənbələr