Norveç millisinin hücumçusu Erlinq Holand Yeni Zelandiya ilə keçiriləcək yoldaşlıq görüşündə iştirak etməyəcək.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, Norveç millisinin məşqçilər korpusu hücumçunun sıx oyun qrafiki nəzərə alınaraq onun düşərgədən ayrılmasına icazə verib.
Qeyd edək ki, Norveç millisi iki gün əvvəl DÇ-2026-nın seçmə mərhələsində İsrailə qarşı 5:0 hesablı qələbə qazanıb. Həmin oyunda Holand het-trik edib.
Norveç və Yeni Zelandiya arasında yoldaşlıq görüşü sabah Osloda baş tutacaq.