AZ

Ərdoğan Misirdə Emmanuel Makron, Kir Starmer və Şeyx Mansurla görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə Fransa prezidenti Emmanuel Makronla görüşüb.

"Report" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Görüş mediaya qapalı keçirilib.

Bundan başqa, R.T.Ərdoğan Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə də görüşüb.

Ərdoğan bildirib ki, Türkiyə Qəzzadakı hücumların dayandırılması və atəşkəsin əldə olunması üçün ciddi səylər göstərir. Prezident davamlı sülhün yalnız ikidövlətli həll yolu ilə mümkün olduğuna diqqət çəkib, beynəlxalq ictimaiyyətin bu istiqamətdəki səylərinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə lideri, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed Əl Nəhyanı da qəbul edib.

Qəbul zamanı Türkiyə və BƏƏ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Yaxın Şərq Sülh Sammitində iştirak üçün Misirdə səfərdədir.

Seçilən
20
5
qaziler.az

6Mənbələr