AZ

Səkkiz ayda Azərbaycan üç ölkədən 370 milyon dollarlıq neft alıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 369,4 milyonABŞ dolları dəyərində 762,2 min ton bitumlu süxurlardan alınmış xamneft və xam neft məhsulları idxal edilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedənməhsulların Azərbaycana idxalında dəyər ifadəsində 371,5 milyon ABŞdolları və ya 2 dəfə, həcm baxımından isə 554,5 min ton və ya 1,7dəfə azalma qeydə alınıb.

Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstan, Rusiyavə İraqdan idxal edilib. Belə ki, cari ilin ilk 8 ayındaQazaxıstandan 38,2 milyon ABŞ dolları dəyərində 69,1 min ton,Rusiyadan 331 milyon ABŞ dolları dəyərində 692,7 min ton, İraqdanisə 162 min ABŞ dolları dəyərində 439 ton bitumlu süxurlardanalınmış xam neft və xam neft məhsulları alınıb.

Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedənneft məhsullarının ixracı qeydə alınmayıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan 20ölkəyə 8,396 milyard ABŞ dolları dəyərində 15,925 milyon tonbitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici iləmüqayisədə dəyər ifadəsində 1,912 milyard ABŞ dolları və ya 18,5%,həcm ifadəsində isə 551,050 min ton və ya 3,3% azdır.

Məqalədə:
Seçilən
3
2
az.trend.az

3Mənbələr