Fransa millisinin futbolçusu Adrian Rabyo DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçirdikləri oyundan sonra heyətdən kənarda qalıb.
Rekord.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi zədə səbəbindən bu gün İslandiya ilə matçda meydana çıxa bilməyəcək.
Onun əzələsində problem aşkarlanıb. Rabyo Azərbaycan millisi ilə matçın (3:0) 69-cu dəqiqəsində fərqlənib və bir dəqiqə sonra əvəzlənib.
Qeyd edək ki, İslandiya - Fransa görüşü bu gün, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.