AZ

Ucuz qiymətə satılan ətin sirri nədir?

Son vaxtlar paytaxtın müxtəlif ərazilərində açılan yeni ət dükanlarında qiymətlər diqqət çəkir. Yerli bazarlarda ətin kiloqramı 15-17 manat arasında dəyişdiyi halda, xaricdən gətirilən ətlər 11-12 manata təklif olunur. Hətta bəzi dükanlarda sümüksüz ətin də bu qiymətə satıldığı bildirilir. Ucuz qiymət isə cəlbedici görünür, amma keyfiyyəti sual yaradır.

Bəs ucuz qiymətli ətin keyfiyyətinə nə dərəcədə əmin ola bilərik?

Redaktor.az-a danışan qida eksperti İlkin Şirinov bildirdi ki, bu ətlər təzə deyil, dondurulmuş halda gətirilir:

"Əsas məsələ odur ki, ət donmuş gəlir, sonra buzu açılır - artıq burada ətin keyfiyyətindən söhbət gedə bilməz. Özümüzə məxsus milli mətbəximiz var. Həmin mətbəxdə hazırlanan yeməklər də xüsusi bir ağız dadına uyğunlaşdırılır. Burada da ətin dadı, tamı böyük faktordur. Bu baxımdan, xaricdən gətirilən ətlərlə buradakı yerli heyvanların ətini müqayisə etdikdə, dad məsələsi bəlli bir şəkildə özünü göstərəcək".

Onun sözlərinə görə, ətin ucuz gəlməsi yerli ətin satışının qarşısını almayacaq:

"Hamı öz mətbəxinin hazırladığı yeməklərə uyğun ətlərə üstünlük verəcək. Buzlu ət əslində, ziyanlı və ya keyfiyyətsiz ət deyil. Normalda insan sağlamlığına ziyan vuran ət təzə-təzə kəsilmiş vəziyyətdə istifadə olunan ətdir. Amma dondurulmuş ətin, buzlu ətin insan sağlamlığı üçün heç bir ziyanı yoxdur, hər hansısa bir fəsad törətmir. Sadəcə, dad məsələsində fərq ola bilər. Əgər ət buzlu şəkildə qəbul olunubsa, buzlu da satılmalıdır".

Aytəkin TOFİQQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr