AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “Rusiya cinayətlərini” araşdırmaq üçün xüsusi tribunalın yaradılması məqsədilə ilkin 10 milyon avro, deportasiya edilmiş ukraynalı uşaqlara dəstək üçün əlavə 6 milyon avro ayrıldığını açıqlayıb.
Axar.az xəbər verir ki, o, bu barədə Kiyevdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
O xatırladıb ki, may ayında bu tribunalın işinə başlamaq üçün Lvovda AB xarici işlər nazirlərinin iclası keçirilib:
“AB qış dövründə Ukraynaya dəstək üçün artıq 800 milyon avro ayırıb və daha 100 milyon avro ayırmağı planlaşdırır”.