Bakı. Trend:
Bu gündən Azərbaycanda qadın voleybolçular arasında YüksəkLiqanın 2025–2026-cı illər mövsümünə start verilib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu mövsümdə qadın voleybol komandası ilə YüksəkLiqada təmsil olunur. Dünyanın aparıcı universitetlərinin idmantəcrübəsini nəzərə alaraq, UNEC universitet idmanı sahəsində dəqlobal arenada öz mövqeyini möhkəmləndirmək niyyətindədir.
Yeni mövsümə ciddi hazırlıqla başlayan UNEC Voleybol Komandasıheyətini gücləndirib. Belə ki, komandaya ABŞ-dan üç, Ukrayna,Belarus və Bolqarıstanın hər birindən bir legioner idmançı dəvətolunub.
Komandanın baş məşqçiliyi isə təcrübəli italiyalı məşqçi CovanniTorçioya həvalə edilib.