AZ

Britaniya və Hindistanın təyyarədaşıyan gəmiləri ilk dəfə birgə təlimlər keçirib

Britaniya Kral Donanması və Hindistan Hərbi Dəniz Qüvvələri ilk dəfə birgə daşıyıcı zərbə qrupu təlimlərini keçirib. Təlimlər oktyabrın 5-dən 12-dək Hindistanın qərb sahillərində keçirilən ikitərəfli KONKAN 2025 dəniz manevrləri zamanı baş tutub.

Herbiand.az bildirir ki, təlim Böyük Britaniyanın baş naziri Kir Starmerin Hindistana səfəri ilə üst-üstə düşüb.

Bu, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın inkişafında mühüm mərhələdir. London və Nyu-Dehli dəniz hərəkəti sistemlərini birgə inkişaf etdirmək niyyətindədirlər. İki ölkə qüvvələrinin əsas diqqəti hava hücumundan müdafiə təlimləri, yerüstü zərbələr, sualtı qayıqlara qarşı mübarizə və hava əməliyyatlarına yönəlib.

Britaniya donanma qrupuna “Prince of Wales” təyyarədaşıyan gəmisi rəhbərlik edib. Onu “Dauntless” esminesi, “Richmond” freqatı və yardımçı gəmilər müşayiət edib.

Hindistan Hərbi Dəniz Qüvvələri isə təlimə “Vikrant” təyyarədaşıyan gəmisi, “Surat” və “Mormugao” esminesləri, “Tabar” və “Teg” freqatları, həmçinin “Deepak” tankerini cəlb edib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
7
herbiand.az

1Mənbələr