AZ

Azərbaycanın bu iki bölgəsində uşaqların müayinəsinin təşkili planlaşdırılır

Bakı. Trend:

"Regionlarda uşaqların müayinəsi" layihəsi çərçivəsində növbətitibbi müayinələrin Daşkəsən və Şamaxıda təşkili planlaşdırılır.

Trend xəbərverir ki, bu barədə TƏBİB məlumat yayııb.

Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vəTürk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasındaəməkdaşlıq çərçivəsində "Regionlarda uşaqların müayinəsi"layihəsinə davam edir.

"TƏBİB-in dəstəyi ilə keçirilən layihə bu dəfə Masallı RayonMərkəzi Xəstəxanasında təşkil olunub. Bakıdan dəvət olunan müxtəlifixtisaslardan həkimlərin iştirakı ilə keçirilən müayinələrdəMasallı və ətraf rayonlardan olan 180 sayda uşaq müayinə edilib. 1nəfər Bakıya, 1 nəfər isə Lənkərana göndərişlə təmin olunub.
Tibbi müayinələrdən əlavə olaraq neonatoloqlar üçün təlim vəneonatoloji xəstələrin konsultasiyası təşkil olunub.

Layihə çərçivəsində növbəti tibbi müayinələrin Daşkəsən vəŞamaxıda təşkili planlaşdırılır",- TƏBİB-dən vurğulanıb.

Məqalədə:
Seçilən
64
az.trend.az

1Mənbələr