ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton yeni müharibələrə başlamaq niyyətində deyil.
Redaktor.az xəbər verir ki, bu barədə o, İsrail Knessetində çıxışı zamanı bildirib.
“Mən açıq şəkildə deyirəm: ABŞ heç bir müharibəyə başlamağı planlaşdırmır. Amma əgər belə bir zərurət yaranarsa, biz o müharibəni qazanacağıq”, - Tramp vurğulayıb.
O, ABŞ-nin güclü müdafiə imkanlarına malik olduğunu və ölkəsinin yalnız təhlükəsizlik maraqları təhdid olunduqda hərbi güc tətbiq edəcəyini qeyd edib.
Nuriyyə NATİQQIZI