AZ

Qarabağ və Şərqi Zəngəzurda geoloji qiymətləndirmə işləri həyata keçiriləcək

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında geofiziki anomaliyaların təhlili, eləcə də faydalı qazıntı təzahürlərinin qiymətləndirilməsi işləri həyata keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Geoloji Kəşfiyyat Agentliyi hazırlıqlara başlayıb.

Məlumata görə, 2 ay ərzində regionda litoloji, petroqrafik və mineraloji araşdırmalar, faydalı qazıntıların axtarışında perspektivli zonalarının öyrənilməsi üçün çöl tədqiqat işləri aparılacaq, 150 km məsafədə maqnit kəşfiyyatı həyata keçiriləcək.

Bu işlər 160 min manata başa gələcək.

Seçilən
17
3
bakivaxti.az

4Mənbələr